Çernobıl əlillərinə 50 manat yardım göstərilib
25 aprel 2014 13:15 (UTC +04:00)

Çernobıl əlillərinə 50 manat yardım göstərilib

Çernobıl AES-da baş vermiş qəzanın 28-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olmuş şəxslərin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə,maddi yardımların həmin şəxslərin bank hesablarına köçürülməsi təmin edilib.

Qeyd edək ki, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl AES-da baş vermiş qəzanın ləğvində iştirak edərək əlil olmuş Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi işlərinə Heydər Əliyev tərəfindən başlanılıb. Heydər Əliyevin təşəbbüsü ilə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” 6 dekabr 1993-cü il tarixli qanun qəbul edilib. Bu qanunla Çernobıl əlillərinin statusu müəyyənləşdirilərək, onlara bir sıra güzəşt və imtiyazlar verilib. Çernobıl əlilləri əlilliklərinin səbəbindən asılı olaraq “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar” və “Çernobıl AES-də qəzanın ləğvi zamanı əlil olanlar” kimi iki qrupa ayrılırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1010

Oxşar yazılar