Humanitar Forum – nikbin gələcək naminə dialoq
08 noyabr 2013 12:17 (UTC +04:00)

Humanitar Forum – nikbin gələcək naminə dialoq

Ötən həftə Azərbaycan yenə möhtəşəm, beynəlxalq əhəmiyyətli bir foruma ev sahibliyi etdi. Forumun səciyyəvi xüsusiyyəti artıq ənənə halını alması, üçüncü dəfə paytaxtda öz işinə start götürməsi idi. Dünyanın müxtəlif dövlət və təşkilatlarının nümayəndələrini vahid bir məkanda toplayan Forum istər təşkili atəşəbbüskarlığına, istərsə də müazakirə olunan problemlərin aktuallığına görə mühüm əhəmiyyət kəsb edir. Forumun gündəliyi get-gedə daha müxtəlif və dolğun olur. Onun birləşdirici xarakteri, iştirakçıların elm, təhsil, mədəniyyət və incəsənət sahəsində qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək üçün ümumi cəhdləri dəyişməz qalır.

Humanitar Forumun belə yüksək səviyyədə keçirilməsi ölkənin dünyadakı imici üçün çox əhəmiyyətlidir. Forum müxtəlif problemlərin vahid bir kürsüdən həll olunması reallığını səciyyələndirir. Forumda müzakirə olunan qlobal miqyaslı problemlər Forumun dünyəvi əhəmiyyətini bir daha təsdiqləyir. Azərbaycanın təşəbbüsü ilə hər il təşkil olunan humanitar forum ölkəmizi dövlətlərarası razılıq, anlaşma mərkəzinə çevirmişdir. Forumun yüksək səviyyədə təşkili, dünyanın müxtəlif yerlərindən fərqli ixtisas sahiblərinin nümayəndələrinin toplaşması Forumun lazımlılığının, aktuallığının bariz göstəricisidir. Foruma ev sahibliyi edən Azərbaycan iqtisadi, siyasi, enerji məsələləri ilə yanaşı humanitar məsələlərin həllinə də xüsusi diqqətlə yanaşdığını bir daha sübut etdi. Forumda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi vacibliyi, qaçqınların bu statusdan azad olunması, doğma torpaqlarına qayıtması zəruriliyi Forumun tribunasından bütün dünyaya bəyan olunmuşdur. Həmçinin Azərbaycan əksər dünya dövlətləri üçün nümunə sayılacaq tolerantlıq modelini nümayiş etdirməklə milli siyasətinin dəqiqliyi və düzgünlüyünü isbat etmişdir. Azərbaycan artıq üçüncü dəfədir ki foruma ev sahibliyi etməklə il-ildən artan iqtisadi inkişafını, sosial rifahını və yeniləşən dövlətini nümayiş etdirmək imkanı əldə edir. Təsadüfi deyildir ki, forum iştirakçıları Azərbaycanın dinamik sürətlə inkişafını təsdiqləyir, inkişafın Azərbaycan modelinin üstünlüyünü vurğulayırlar. Forumun təşkili Azərbaycan intellektual dövlət imicini uğurla doğruldur.

Forumun uğurlu təşkili onun praqmatik gələcəyindən də müəyyən mənada xəbər verir. Forumun uzunmüddətliliyinə hər dəfə müzakirəyə çıxarılan problemlərin həllinin zəruriliyi  təkan verir.

Azərbaycan elmin, iqtisadiyyatın və digər sahələrin regional mərkəzinə çevrilmişdir. İnsan amili Azərbaycanın inkişafının təkanverici qüvvəsidir. Məhz bu amilin nəticəsidir ki, belə bir mötəbər Forum Azərbaycanda təşkil olunur, dünya dövlətləri tərəfindən qiymətləndirilir və rəğbətləndirilir. Bakı Humanitar Forumu çox qısa müddətdə dünyada inkişafın ən mühüm, ən ümdə problemlərinin müzakirə edildiyi vacib məkanlardan birinə çevrilmişdir. Müxtəlif sahələrdən liderləri, siyasətçiləri və alimləri bir araya toplayan üçüncü Bakı Beynəlxalq Humanitar Forumu insan haqlarının qorunmasına, dözümlülüyə və dialoqa nail olunması funksiyalarını yerinə yetirməklə, dövlətlərarası humanitar əməkdaşlığa öz töhfəsini verməyə çalışdı. Bakı Forumunun əsas məqsədi məhz beynəlxalq hüquq üzərində qurulmuş bir dünyaya nail olmaqdır. Bununla Azərbaycan humanist mövqeyini bir daha təsdiqləmək, sülhsevər siyasətini sərgiləməklə insan amilinin inkişafına yönələn siyasətini dünya təcrübəsinə aşılamaq imkanı əldə edir.

 

 

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653
avatar

Oxşar yazılar