Buzovna-Mərdəkan-Qala avtomobil yolunda işlər davam etdirilir
27 dekabr 2013 15:23 (UTC +04:00)

Buzovna-Mərdəkan-Qala avtomobil yolunda işlər davam etdirilir

Ümumi uzunluğu 12,1 km olan Buzovna-Mərdəkan-Qala avtomobil yolunda 2-ci mərhələ üzrə işlər davam etdirilir. Bu barədə Lent.az-a “Azəryolservis” ASC-dən məlumat verilib. 4 hərəkət zolağı üçün nəzərdə tutulan yolda  ərazi boyu dəmir yolunun yatağı təmizlənib və genişləndirilib. Hazırda torpaq yatağı və kommunikasiya xətlərinin köçürülməsi üçün keçidlər tikilir. Həyata keçirilən işlər 10,5-11,3 və 7,6-12,1-cü kilometrlik sahələri əhatə edir.

Qeyd edək ki, sözügedən yolun 7,6 km hissəsi 26 may 2013-cü ildə dövlət başçısı İlham Əliyevin iştirakı ilə istismara verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632
avatar

Oxşar yazılar