Azərbaycanda təhsil alanların biliyinin attestasiyası, o cümlədən də yekun attestasiyası qaydaları işlənib hazırlanıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, həmin qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.
Təhsil Nazirliyindən verilən daha bir məlumatda isə qeyd olunur ki, ali təhsil müəssisələrinə ixtisaslar üzrə imtahan şərtlərinin müəyyənləşdirilməsi və fənlərin salınması məsələsi TQDK-nın səlahiyyətindədir.