Buraxılış imtahanlarından azad edilmiş şagirdlərin sayını açıqlanıb. Tələbə Qəbulu Dövlət Komissiyasından Lent.az-a bildirilib ki, 2013/2014-cü tədris ilində 897 şagird buraxılış imtahanından azad olunub. Həmin şagirdlər Təhsil Nazirliyi və təhsil şöbələrində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında müəyyən xəstəliklərə əsasən buraxılış imtahanlarında iştirak etməkdən azad ediliblər.
Buraxılış imtahanlarından azad edilən şagirdlərin 50%-ə yaxını paytaxt məktəblilərinin payına düşür. Belə ki, buraxılış imtahanından azad olunan 897 şagirdin 483-ü Bakı şəhərinin, 23-ü Abşeron rayonunun, qalanları isə ölkənin digər şəhər və rayonların payına düşür. Buraxılış imtahanlarından azad olunan şagirdlər üçün əlavə imtahan keçirilməyəcək və onların yekun qiymətləri illik qiymətləri əsasında çıxarılacaq.