Bu gün Milli Məclisin iclasında millət vəkili Qənirə Paşayeva ”Tütün və tütün məhsulları haqqında” qanunun qəbulunun vacib olduğunu bildirib.
Lent.az-ın verdiyi məlumata görə, Qənirə Paşayeva bildirib ki, mövcud qanunvericiliyə əsasən, 18 yaşına qədər uşaqlara siqaret satıla bilməz.
Ancaq millət vəkili mövcud durumun fərqli olduğunu qeyd edib: “Diqqət yetirəndə görürük ki, nəinki 18 yaş, 5 yaşından yuxarı uşaqların hamısına siqaret satılır. Ona görə də qanunvericiliyə yenidən baxılmalı və 18 yaşından aşağı uşaqlara siqaret satılmasının qarşısı alınmalıdır. Uşaqlara siqaret satanlar barədə də ciddi məsuliyyət nəzərdə tutulmalıdır”.
Spiker Oqtay Əsədov deyib ki, bu qanun layihəsi zəruridir: “İnanıram ki, yaz sessiyasına qədər bu qanun layihəsi işlənib hazırlanacaq və qəbul ediləcək”.
Millət vəkili Musa Quliyev belə bir qanun layihəsinin sosial siyasət komitəsində hazırlandığını söyləyib: “Ancaq bəzi problemlər var. Məsələn, Bakı Dənizkənarı Milli Parkında siqaret çəkilməsinə qadağa qoya bilərik. Bu məsələlərə cəmiyyət hazır olmalıdır”.
Bulvarda siqaret çəkilməsinə qadağa qoyula bilər
1151