Bu rayonlarda qaz olmayacaq - <span style="color:red;">SİYAHI
17 noyabr 2015 18:13 (UTC +04:00)

Bu rayonlarda qaz olmayacaq - SİYAHI

Bəzi rayonlarda qazın verilişində məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” ASC-dən Lent.az-a verilən məlumata görə, Ağdaş, Ağdam və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. 17 Noyabr 2015 Noyabrın 18-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Qəbələ”, “Göyçay-3”, “Cırdaxan” və “Yeni Yevlax”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Tərtər”, Astara magistral qaz kəmərləri sahəsinin “Lerik” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Göyçay rayonunun Mirzəhüseyinli, Bərdə rayonunun Yeni Daşkənd, Zümürxan, Yevlax rayonunun Cirdaxan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Yevlax, Tərtər, Lerik və Qəbələ rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352
avatar

Oxşar yazılar