[b]Bu rayonda 2 gün su olmayacaq[/b]
0
0
Suraxanı rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək. Bu barədə Lent.az-a “Azərsu” ASC-dən bildirilib.
Məlumata əsasən, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 21-22 may 2019-cu il tarixlərində Suraxanı rayonunun bir hissəsinə (Suraxanı, Hövsan, Əmircan qəsəbələrinə və Qaraçuxur qəsəbəsinin bəzi hissələrin) içməli su müəyyən fasilələrlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
0
0