Bu ilin 11 ayında  8115 YANĞIN HADİSƏSİ BAŞ VERİB
16 dekabr 2013 18:52 (UTC +04:00)

Bu ilin 11 ayında 8115 YANĞIN HADİSƏSİ BAŞ VERİB

APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyində (FHN) qurumun yaranmasının 8-ci ildönümü münasibətilə keçirilən tədbirdə nazir, general-polkovnik Kəmaləddin Heydərov deyib ki, hər gün orta hesabla 24 yanğın hadisəsinə çıxış olur:"Bakı şəhərində 2950 yanğın hadisəsi qeydə alınıb. Onlardan yalnız 14-ü yüksək saylı çağırışla söndürülüb. Digər yanğın hadisələrinin qarşısı alınaraq yayılmasının və ağır qəza fəsadları ilə nəticələnməsinin qarşısı alınıb. Hər 8 gündə yanğınlarda bir nəfər xilas edilib".

Nazir bildirib ki, ötən illə müqayisədə 2013-cü ildə yanğına çağırışların sayı artıb: "Yanğınlara çağırışlar 876 hadisə, açıq sahədə yanğınlar 815 hadisə, nəqliyyat vasitələrində yanğınlar 45 hadisə artıb, yaşayış sahəsində baş vermiş yanğınlar 22 hadisə, həmçinin yanğınlar zamanı xəsarət alan insanların sayı 24 nəfər az olub".

Kəmaləddin Heydərov bildirib ki, avqust ayında Xəzər dənizindəki Bulla-dəniz yatağında baş vermiş yanğının aradan qaldırılması zamanı şəxsi heyət tərəfindən fədakarlıq nümayiş etdirilib: "Hadisələr zamanı 5-i uşaq olmaqla 38 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş vermiş 43 yanğın hadisəsinin söndülrməsi zaman insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq, 498 nəfər təhlükəsiz əraziyə təxliyə olunub".

Digər yanğınlar zamanı 86 dövlət obyekti, 264 özəl, 283 çoxmərtəbəli bina, 479 fərdi ev, 343 yardımçı tikili 235 texnika xilas edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512
avatar

Oxşar yazılar