Bu il tikilən və təmir işi aparılan MƏKTƏBLƏR
2019-2020-ci dərs ilinə hazırlıq çərçivəsində Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri həyata keçirilib.
Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 təhsil müəssisəsində əsaslı təmir işləri (39, 113, 129, 101, 90 nömrəli tam orta məktəblər və 25 nömrəli UGİM), 3 məktəbin (154, 205, 208 nömrəli tam orta məktəblər) mövcud binalarının sökülərək yenidən tikintisi, 5 məktəbin (97, 101, 90, 155, 300 nömrəli tam orta məktəblər) köhnə korpuslarının sökülərək yenidən tikintisi aparılıb.
1 təhsil müəssisəsində isə (251 nömrəli tam orta məktəb) əlavə korpus inşa olunub.
Bundan başqa "Yasamal" yaşayış kompleksində (Sosial Evlər) 1 yeni məktəb (161 nömrəli tam orta məktəb) tikilib.
Eləcə də Heydər Əliyev Fondu tərəfindən Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb tikilib istifadəyə verilib.
780