2013-cü ildə həyatdan getmiş bəzi məşhurların siyahısı dərc edilib. Lent.az mediform-a istinadən həmin siyahını təqdim edir:
Azərbaycanın sabiq baş prokuroru Murad Babayev - yanvarın 6-da
Türkiyəli jurnalist Mehmet Əli Birand - yanvarın 17-də
Yazıçı-publisist Zakir Sadatlı - fevralın 5-də
Şair Şaiq Vəli - fevralın 6-da
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov - fevralın 9-da
Diktor Hicran Hüseynov - martın 1-də
Venesuela prezidenti Uqo Çaves - martın 5-də
Milli Məclisin deputatı Hikmət Atayev - martın 7-də
Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer - aprelin 8-də
Aktyor Nodar Şaşıqoğlu - aprelin 12-də
Rəssam Toğrul Nərimanbəyov - iyunun 6-da
Aktyor Siyavuş Aslan - iyunun 27-də
Şair, nasir, ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlu - iyulun 8-də
Rusiyanın aparıcı axtarış portalı “Yandeks”in qurucusu İlya Seqaloviç - iyulun 25-də
Bəstəkar Şəfiqə Axundova - iyulun 26-da
Rusiyalı jurnalist Vasili Peskov - avqustun 12-də
Şair Ələkbər Salahzadə - sentyabrın 1-də
Jurnalist, ictimai-siyasi xadim Sirus Təbrizli - sentyabrın 7-də
Jurnalist Rafiq Sədrəddinov - sentyabrın 12-də
Tənqidçi Elnarə Tofiqqızı - sentyabrın 20-də
Şair Ədalət Əsgəroğlu - sentyabrın 30-da
Aktyor Tofiq Qarayev - oktyabrın 26-da
Afrika azadlıq hərəkatının lideri Nelson Mandela - dekabrın 6-da
Gürcü yazıçı, ictimai xadim Çabua Amirecibi - dekabrın 13-də
“Kalaşnikov” avtomatının yaradıcısı Mixail Kalaşnikov - dekabrın 23-də