Bu ilin yanvar-iyul aylarında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 35192 nikah və 9793 boşanma halı qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8-dən 6,1-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
2019-cu ilin 7 ayında ölkədə 33647 ölüm halı qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-dən 5,8-ə düşüb.