Bu il 8846 uşaq vaxtından əvvəl birinci sinfə qəbul edilib
30 dekabr 2013 13:29 (UTC +04:00)

Bu il 8846 uşaq vaxtından əvvəl birinci sinfə qəbul edilib

2013-cü il ildə ölkənin təhsil həyatındakı yeniliklərdən biri də dərs ilinin başlanmasına qədər 6 yaşı tamam olmamış xüsusi istedadı ilə seçilən uşaqların vaxtından əvvəl məktəbə qəbulu üzrə yeni qaydalar qəbulu olub. Yeni qaydalara uyğun yaradılmış komissiyaların fəaliyyəti nəticəsində 8 min 846 nəfər uşaq bu il vaxtından əvvəl birinci sinfə qəbul edilib.

 

 

Lent.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin 2013-cü ildə təhsil sahəsində həyata keçirilmiş ən mühüm islahatlar, tədbirlər və yeniliklər barədə yekun hesabatında bildirilib.

 

Bu il ərzində Təhsil Nazirliyi tərəfindən təhsil sistemində şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin təmin olunması, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi sahəsində bir sıra islahatyönlü tədbirlər həyata keçirilib və mühüm addımlar atılıb. Belə addımlardan biri XI sinfi bitirən 90 mindən çox məzunun hamısına attestat almaq imkanının yaradılması olub. Bu il buraxılış imtahanlarında 2 qiyməti almış yüzlərlə məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub: “Ali və orta ixtisas məktəbləri ilə yanaşı, həmin şəxslərin ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq şanslarının olduğunu da nəzərə alsaq, bununla da həmin gənclərin sosial həyata aktiv şəkildə qoşulmaq imkanlarının xeyli artdığını görərik”.

 

 Bu ilin uğurlarından biri də “2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı” üzrə layiqli namizədlərin seçilməsi prosesi olub. Proqramın icra olunduğu 6 il ərzində ilk dəfə namizədlərlə tam şəffaf şəkildə təhsil alacaqları dildə ali təhsil müəssisələrinin, nazirliklərin, qeyri-hökumət təşkilatlarının əməkdaşlarından ibarət tərkibdə komissiyalar tərəfindən müsahibələr aparılıb və obyektiv seçim edilib. Bu il əvvəlki illərlə müqayisədə sayca ən çox tələbə - 787 nəfər aparıcı xarici ali məktəblərdə təhsil almaq hüququ qazanıb.

 

Təhsil Nazirliyi tərəfindən bu il həmçinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönəlmiş və dövlət-biznes partnyorluğuna əsaslanan sosial xarakterli Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlanılıb. Layihə peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsinə və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu layihə çərçivəsində müxtəlif dövlət və özəl, o cümlədən xarici tərəfdaşlarla əməkdaşlıq qurularaq bir sıra ilk-peşə ixtisas təhsili müəssisələrinin bazasında müasir resurs mərkəzləri yaradılıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1046
avatar

Oxşar yazılar