Bu həftə iki rayonda əmək yarmarkası keçiriləcək
28 aprel 2015 16:06 (UTC +04:00)

Bu həftə iki rayonda əmək yarmarkası keçiriləcək

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkaları davam etdirilir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, aprelin 29-da Yardımlıda, mayın 1-də isə Goranboyda əmək yarmarkaları keçiriləcək. Yardımlıda 250, Goranboyda isə 240 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerlərinin də təqdim edilməsi, habelə ayrı-ayrı işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onların peşə hazırlığına cəlb olunması üçün qeydiyyata alınması nəzərdə tutulub.

 

Xatırladaq ki, ƏƏSMN tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təminatı məqsədilə ötən il ölkəmizin bölgələrində 60 əmək yarmarkası keçirilib. Həmin aktiv məşğulluq tədbirlərində ümumilikdə 5753 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib ki, onlardan 4838 nəfəri (və ya 85 faizi) göndərişlər əsasında münasib iş yerləri ilə təmin edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 126

Oxşar yazılar