Bu gün paytaxtın bir sıra rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacağı gözlənilir. “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri Salatın Əsgərova küçəsində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar gün ərzində Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Bülbül və Xətai prospektləri, S. Əsgərova, S.Vurğun, A.Qurbanov, C.Məmmədquluzadə, S.Rəhimov, Topçubaşov, R.Rza, Mərdanov qardaşları küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.