Bu gün İtkinlər Günüdür
30 avqust 2013 15:40 (UTC +04:00)

Bu gün İtkinlər Günüdür

"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyi 30 avqust-Beynəlxalq İtkinlər Günü ilə bağlı tədbir keçirib. Lent.az-ın məlumatına görə, “İctimai Birliyin sədri Esmira Orucova bildirib ki, bu gün dünyada minlərlə, bəlkə də milyonlarla insan itkin düşüb, müharibədə həlak olub girov götürülüb.

 

E. Orucova onu da vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində minlərlə vətəndaşımız itkin düşüb: “Ermənistanın-Azərbaycan müharibəsi zamanı itkin düşən soydaşlarımızın sayı 4033 nəfərdir. Onlardan 3260 nəfər hərbiçi, 772-si isə mülki şəxslərdir. 3 nəfərin isə hərbçi və ya mülki şəxs olduğu məlum deyil. Mülki şəxslərin 255 nəfəri qadın, 353 nəfəri yaşlı şəxslərdir ki, onlardan 154 nəfəri qadınlardır. İtkinlərin 46 nəfəri yetkinlik yaşına çatmayanlardır ki, onların 16 nəfəri azyaşlı qızdır. Düşünürük ki, tezliklə itkinlərimizin taleyinə aydınlıq gətiriləcək, əsir-girovlarımız yaxın vaxtlarla əzizlərinə qovuşacaqlar”.

 

Qeyd edək ki, tədbirdə Ombudsman Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin, Binəqədi rayon İcra Hakimiyyətinin, eləcə də əsir və girovluqdan qayıdanlar və onların ailə üzvləri iştirak edib. Tədbirin sonunda əsir və girovluqdan qayıdanlar və onların ailə üzvlərinə qeyri-ərzaq humanitar yardımı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 743

Oxşar yazılar