Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a bildirilib ki, aksiyada Nazirlər Kabineti Aparatının əməkdaşları və ETSN-nin kollektivi iştirak edib.
“Bu yaz özün bir təbiət yarat!” devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil olunan aksiya zamanı 2 hektar ərazidə 1500 badam ağacı əkilib.
Qeyd edək ki, ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.
Nazirlik hər kəsi ağacəkmə aksiyalarına qoşulmağa çağırır.