Təhsil İdarəsi 3 rayonda səyyar qəbul keçirəcək
04 oktyabr 2016 11:23 (UTC +04:00)

Təhsil İdarəsi 3 rayonda səyyar qəbul keçirəcək

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ilindən başlayaraq Bakı şəhərinin rayonları üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin ənənəvi səyyar qəbuluna start verir.

 

İdarənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

 

İlk səyyar qəbul oktyabrın 7-də Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə keçiriləcək. Bakının 156 nömrəli məktəbində təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarından ibarətdir.

 

Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən diqqətlə öyrəniləcək, problemli məsələlər araşdırılaraq həll ediləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Oxşar yazılar