Bu gün BP özünün Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (
Bu tədbir BP-nin yerli şirkətlərin BP-nin əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq öhdəliyinin bir hissəsidir və yerli şirkətlərin bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək, onlara öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etmək məqsədilə təşkil olunur. Hər il keçirilən Neft və Qaz Sərgisinin bir hissəsi kimi “Alıcı ilə tanış ol” tədbirinin nisbətən daha çox sayda beynəlxalq müştəriləri cəlb edərək neft və qaz sektorundakı yerli təchizat bazarını təmsil edən şirkətlərlə görüşdürməsi və onların beynəlxalq bazarlara çıxışına yardım etməsi gözlənilir.
Bu tədbir BP və tərəfdaşlarının sahibkarlığın inkişafı və təlim proqramında (SİTP) iştirak etmiş 90-dan artıq yerli şirkətə imkan yaradır ki, öz potensial müştəriləri ilə təkbətək görüşsünlər, onlar ilə əlaqələr qursunlar, öz bacarıq və imkanlarını nümayiş etdirsinlər. Bunlar biznes xidmətləri, əməliyyatlara dəstək, mühəndis-layihələşdirmə, tikinti, maddi-texniki təchizat, tullantıların idarə edilməsi və digər kateqoriyaları təmsil edən şirkətlərdir.
Bundan əlavə, təxminən 400 potensial alıcı tədbirdə iştirak etməyə və öz potensial təchizatçıları ilə, habelə neft və qaz sənayesindəki yerli təchizat şəbəkəsinin digər nümayəndələri ilə görüşməyə dəvət olunub.
Builki tədbir əlavə yeni bir elementə malikdir. BP-nin idarə etdiyi “Şahdəniz Mərhələ 2” layihəsi yekun investisiya qərarına hazırlaşır və bunun cari ilin sonunda veriləcəyi gözlənilir. Bu nəhəng layihə üçün aparılan hazırlıq işlərinin bir hissəsi kimi BP həmçinin “Mərhələ 2” üzrə yerli istehsal proqramı işləyib hazırlayıb. Bu proqramın əvvəlcədən məqsədi layihə çərçivəsində gələcəkdə satın alınacaq avadanlıqların və materialların satınalma müqavilələrində yerli resurs və ehtiyatlardan istifadəni əlavə olaraq artırmaqdır. Dörd yerli şirkət ŞD2 layihəsinə lazım olacaq malların potensial təchizatçısı seçilib. Onlardan bu malları müstəqil şəkildə və ya beynəlxalq təchizatçılarla yaradılan birgə müəssisələr çərçivəsində istehsal etmək gözlənilir.