Suriyada işgəncə verilən həbsxana rəisini 100 il həbs gözləyir
13 dekabr 2024 12:24 (UTC +04:00)

Suriyada işgəncə verilən həbsxana rəisini 100 il həbs gözləyir

Amerika Birləşmiş Ştatlarında Suriyanın paytaxtı Dəməşqin mərkəzi həbsxanasının keçmiş rəhbəri Samir Osman əl-Şeyx məhbuslara işgəncə verməkdə ittiham olunur və onu 100 ildən çox həbs cəzası gözləyir.

Lent.az xarici mediaya istinadla bildirir ki, 72 yaşlı müttəhim 2005-2008-ci illərdə Suriya həbsxanasına rəhbərlik edib. Məhkəmənin fikrincə, o, tabeliyində olan işçilərdən “siyasi və digər məhbuslara ağrı və əzab verməyi” tələb edib.

Əl-Şeyx 2020-ci ildə ABŞ-a mühacirət edib və üç ildən sonra vətəndaşlıq üçün müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, o, ştatlarda yaşamaq icazəsi almaq üçün cinayətləri barədə yalan danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2008

Oxşar yazılar