Bakıda yaşayış evində qaz balonu partlayıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Bakının Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb.
Türkan qəsəbəsindəki evlərdən birində qaz balonunun partlaması nəticəsində yanğın olub.
Nəticədə ev sahibi, 1956-cı il təvəllüdlü Eyyub Qasım oğlu Əliyev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq E.Əliyev dekabrın 12-si orada ölüb.
Faktla bağlı araşdırma aparılır.