Botanika İnstitutu və İCBA arasında rəsmi razılaşma imzalanıb
18 aprel 2014 23:41 (UTC +04:00)

Botanika İnstitutu və İCBA arasında rəsmi razılaşma imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu və Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəz (İCBA) arasında elmi tədqiqat işlərinin aparılmasına dair rəsmi razılaşma imzalanıb.

 

İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İslam İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən layihənin mövzusu “Aral-Xəzər dənizi hövzələrinin az məhsuldar torpaqlarında ərzaq təhlükəsizliyinin yüksəldilməsi”dir.


Layihənin icra olunmasında əsas məqsəd Azərbaycanda Kür-Araz ovalığının  şoranlaşmış və az məhsuldar torpaqlarında duza davamlı, geniş istifadə aspektli məhsullar, ağaclar və halofitlərin qiymətləndirilməsi və  davamlı istifadə vasitəsilə məhsuldarlığın və qida təhlükəsizliyinin yüksəldilməsidir. Layihənin nəticəsi arid ərazilərində ekosistemlərin stabil fəaliyyətinə və növün biomüxtəlifliyinin qorunmasına şərait yaradacaq.
 

Qeyd edək ki, layihə AMEA Botanika İnstitutu tərəfindən İCBA-nın kordinatorluğu ilə 2 il müddətində  icra olunacaq. Layihənin icrası zamanı əldə olunan nəticələrin maraqlı tərəflərə (fermer təsərrüfatı ilə məşğul olan sahibkarlara, tədris müəssələrinə və s.) təqdimatı üçün müxtəlif treninqlər, seminarlar və görüşlərin təşkili nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456
avatar

Oxşar yazılar