BMT Azərbaycana 6 milyon dollar ayırıb
17 yanvar 2014 13:34 (UTC +04:00)

BMT Azərbaycana 6 milyon dollar ayırıb

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Azərbaycana 6 milyon ABŞ dollarına yaxın (5,850,001) pul ayırıb.


 

APA-nın təşkilatın saytına istinadən verdiyi xəbərə görə, bu məbləğin 4 milyon 397 min 620 dolları qaçqınlar üçün proqramların həyata keçirilməsinə, 321 min 299 dolları vətəndaşlığı olmayan şəxslərə, 1 milyon 131 min 82 dolları isə məcburi köçkünlər üçün nəzərdə tutulub.

 

Ermənistana ayrılan vəsaitin həcmi 4 milyon 81 min 334 dollardır.

 

Maliyyə vəsaiti Şərqi Avropa ölkələrində qaçqınlara yardım proqramı çərçivəsində ayrılır. Gürcüstana 14 milyon dollara yaxın, Rusiyaya 7 milyon, Türkiyəyə 195 milyona yaxın, Ukraynaya isə 10 milyondan çox pul verilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867

Oxşar yazılar