Bizim vertolyot, onların helikopteri
20 noyabr 2014 12:11 (UTC +04:00)

Bizim vertolyot, onların helikopteri

Onda biz bu “dəmir cırcıramalara” vertolyot desək də, dünyanın əzəl vaxtı deyildi, BMT də vardı, Avropa da, Amerika da. Tarixdən az-çox baş çixaranlar fikrimi təsdiqləyərlər... Belə şey görülməyib ki, bir ölkənin dövlət katibinin, daxili işlər nazirinin, baş prokurorunun, prezidentin mətbuat katibinin və bir çox yüksək rütbəli dövlət xadimlərinin kabinəsində olduğu vertolyot vurulsun, sərnişinlərin hamısı həlak olsun, nə BMT dillənsin, nə Avropa, nə Amerika. Bu lal susqunluğun səbəbi əslində məlumdur, çünki dünyanın əzəl vaxtı olmasa da, 1991-ci ilin həmin soyuq noyabrı müstəqil Azərbaycanın lap əzəl çağlarıydı, səsimizi eşitməyə hamı ərinirdi.

Bu olaydan düz 23 il keçəndən sonra həmin səmada, yəni yenə bizim səmamızda bu dəfə Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi erməninin mülkü vertolyotunu yox, hərbi helikopterini 3 nəfər sürəniylə vurub yerə saldı. Onlar silahsız, sursatsız, Qarabağ torpağına əmin-əmanlıq, sülh gətirmək istəyi ilə yollanan Mİ-8 vurmuşdular, biz İrəvandakı hərbi bazadan çıxıb Qarabağa savaş gətirən hərbi helikopteri vurduq.

O illər vurulan vertolyotumuzla baglı heç bir həqiqəti öyrənə bilmədik. Görəsən, bu vertolyotu vuran erməni dığasının adı nəydi? Yaxud, Mİ-8-in “odda yanmaz, suda batmaz” “qara qutusu” niyə yandı? Nəyə görə bir dövlətin bu sayda rəhbər adamlarının uçduğu vertolyota mühafizə vertolyotu ayrılmamışdı?.. Belə sayaq sualları xeyli artıra bilərik. Bizim vurduğumuz hərbi helikopterlə bağlı isə heç bir qaranlıq məqam yoxdur: səbəb də aydındır, silahımızın növü də, hələ vurub yerə salanımızın adı da... Çünki onlar haqsız, biz isə haqlıyıq, haqq olan yerdə qaranlıq və gizli heç nə qalmır. Və bu iki noyabr olayı arasındakı fərq çox böyükdür. Ən azı, indiki Azərbaycanla 1991-ci ilin Azərbaycanı arasındakı fərq qədər...  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966

Oxşar yazılar