Binəqədidəki qaz problemi aradan qaldırılır
30 oktyabr 2014 13:26 (UTC +04:00)

Binəqədidəki qaz problemi aradan qaldırılır

Paytaxtda qaz verilməsində məhdudiyyətlər yaranıb.

 

Lent.az-ın məlumatına görə, 6-cı mikrorayon ərazisində magistral qaz xəttində baş vermiş qəza və Nərimanov rayonu ərazisindən Binəqədi rayonuna verilən qaz təchizatının dayandırılması səbəbindən rayonun bir çox ərazilərində qaz verilməsində məhdudiyyətlər yaranıb. Qaz təchizatında mövcud olan fasilə ilə əlaqədar, bir çox mənzillərdə qaz sayğacları avtomatik koda düşüb.


Hal-hazırda Binəqədi Rayon İcra Hakimiyyətinin aidiyyatı qurumlar qarşısında qaldırdığı məsələ ilə bağlı, rayon Qaz İstismar Sahəsi tərəfindən əlavə işçi qüvvəsi cəlb edilərək koda düşmüş qaz sayğaclarının bərpası istiqamətində təxirəsalınmaz işlər aparılır. Yaxın bir neçə saat ərzində mövcud problemin öz həllini tapacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435
avatar

Oxşar yazılar