
Binəqədidə “Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbir keçirilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlanmasıdır.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, büstü önünə əklil qoyublar.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik Yusif Mirzəyev bildirib ki, gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi ilə bağlı silsilə tədbirlərin keçirilməsi ənənə halını alıb.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov aprel döyüşlərində əldə olunan parlaq qələbənin cəmiyyətin bütün üzvlərində, o cümlədən gənclərdə vətənpərvərlik hissələrini və döyüş əzmini daha da artırdığını diqqətə çatdırıb. Bildirib ki, aprel döyüşləri dövlət-xalq-ordu birliyinin sarsılmazlığını və qələbəyə qəti inamı düşmənlə yanaşı, bütün dünyaya göstərdi.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, Azərbaycan gənclərinin vətənpərvər ruhda yetişməsi vacibdir.
Mərasimdə şəhid ailələrinin üzvləri, veteranlar, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də çağırışaqədərki hazırlıq fənni üzrə yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar.
Tədbir Binəqədi rayonunun müxtəlif məktəblərinin şagirdlərinin ifasında vətənpərvərlik mahnıları ilə davam edib.
Oxşar yazılar

Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
12 avqust 2025 , 12:39
Xəzərdə zəlzələ oldu
12 avqust 2025 , 12:25
Ağcaqanadlarla yayılan virus Azərbaycana gəlib? - RƏSMİ
12 avqust 2025 , 11:22
Azərbaycanın əksər yerlərində yağış yağıb - GÜNÜN HAVASI
12 avqust 2025 , 09:48
Sevgi avqust ayında beş BÜRCÜN başını döndərəcək
12 avqust 2025 , 09:09
DİN-dən ikitəkərli nəqliyyat sürücülərinə müraciət etdi - VİDEO
12 avqust 2025 , 09:00
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
12 avqust 2025 , 08:10