Binədə körpələr evinin yeni binasının açılışı olub
25 sentyabr 2013 21:03 (UTC +04:00)

Binədə körpələr evinin yeni binasının açılışı olub

Sentyabrın 25-də Bakının Xəzər rayonu Binə qəsəbəsində 285 nömrəli körpələr evi-uşaq bağçası üçün tikilmiş yeni binanın açılışı olub.

 

APA-nın məlumatına görə, açılışda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

 

M. Əliyeva körpələr-evi uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2013-cü ilin martında bağçanın binası sökülərək yerində yenisi inşa edilib.

 

İki yüz iyirmi yerlik körpələr evi-uşaq bağçasında Azərbaycan və rus qrupları fəaliyyət göstərəcək.

 

M. Əliyeva uşaqların istirahəti üçün yaradılan şəraitlə yaxından tanış olub.

 

Heydər Əliyev Fondunun prezidentinə uşaq bağçası-körpələr evinin ətrafında aparılan abadlıq işləri barədə də məlumat verilib.

 
# 1346
avatar

Oxşar yazılar