Bibiheybətdə 2013-cü ilin yekunları müzakirə edilib
13 yanvar 2014 13:29 (UTC +04:00)

Bibiheybətdə 2013-cü ilin yekunları müzakirə edilib

Səbail rayon Bibiheybət qəsəbəsində 2013-cü ilin yekunlarına həsr olunan yığıncaq keçirilib. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, hesabat məruzəsi ilə çıxış edən Səbail rayon icra hakimiyyəti başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Fariz Xəlilov bildirib ki, qəsəbədə hazırda 2350 nəfər əhali yaşayır, burada həmçinin 360 nəfər məcburi köçkün məskunlaşıb. 2013-cü ildə «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» və həmin Proqrama Əlavə Tədbirlər Planının icrası ilə bağlı qəsəbə Mədəniyyət evi və kitabxanada əsaslı təmir-möhkəmləndirmə işləri aparılıb, burada əlavə sahə tikilib, istilik sistemi qurulub. Qəsəbədəki 70 saylı Uşaq bağçası üçün 2 mərtəbəli, 1 musiqi zalı və 3 yardımçı otağı olan əlavə korpus tikilib, bağçanın köhnə binası əsaslı təmir olunaraq lazımi ləvazimatlarla təchiz olunub. Rayon icra hakimiyyəti başçısının qəsəbədə apardığı açıq qəbul zamanı sakinlərin müraciəti nəzərə alınaraq qəsəbədə  yeni poçt məntəqəsi yaradılıb.

2013-cü il ərzində RİH-nin köməyi ilə Muxtarov yaşayış sahəsindən «Şıx» çimərliyinə qədər olan ərazidəki hasarlar, nümayəndəlik tərəfindən isə Salyan şossesində 1500 kv. metr sahədə hasarlar ağardılıb, ətrafda abadlıq işləri aparılıb, Məktəb və N.Quliyev küçələrinə 2800 kv. metr yeni asfalt salınıb. Salyan yolu boyunca istinad divarlarının üzlənməsi, hasar və tikililərin divarlarının rənglənməsi işləri başa çatdırılıb. Salyan şosesində, «Dostluq parkı»ndan Lök Batan dairəsinə kimi ərazidə mütəmadi olaraq iməcliklər keçirilib,  burada RİH tərəfindən 15 mindən artıq ağac əkilib, 20.000 kvadrat metr sahədə qazon otu salınıb, ilin sonunda əlavə olaraq daha 5.500 kvadrat ot örtüyü, 10 min kvadrat metr sahəyə yeni asfalt örtüyü çəkilib.

Yığıncaqda çıxış edən Səbail rayon icra hakimiyyəti başçısı Asif Əsgərov 2013-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosialyönümlü layihələr barədə geniş məlumat verib, qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən hazırda Bakı Bulvarının Bibiheybət qəsəbəsinə kimi uzadılması işləri həyata keçirilir. O, bildirib ki, RİH tərəfindən görülən işlərdən əlavə digər məhəllələr də abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, qəsəbənin su və kanalizasiya sistemi yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işıqlandırılması ilə bağlı tədbirlər görüləcək. Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 871
avatar

Oxşar yazılar