2014-cü ildə dövlət büdcəsindən rayonlara ayrılan maliyyə yardımı 2013-cü illə müqayisədə 1.8 faiz azalaraq, 52.1 faiz təşkil edəcək. Bu barədə Lent.az-a Maliyyə Nazirliyindən məlumat verilib. Gələn ili Sumqayıt, Şirvan şəhərləri, Abşeron rayonu ilə yanaşı, Mingəçevir şəhəri və İmişli rayonu da dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımından (dotasiyadan) imtina edəcək. Yəni həmin rayon və şəhərlər yerli xərclərini öz hesabına ödəyəcəklər.
Bəzi şəhər və rayonlar dotasiyadan imtina etdi - SİYAHI
1257