Bakının bəzi rayonlarına su fasilələrlə veriləcək. Lent.az-ın məlumatına görə, Ziya Bünyadov prospektindən keçən iridiametrli magistral su kəmərinin yerinin dəyişdirilməsi və yeni birləşmələrin verilməsi ilə əlaqədar yanvarın 12-də saat 23:00-dan etibarən 36 saat müddətində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsinə, həmçinin Heydər Əliyev adına neft emalı və “Azərneftyağ” neft emalı zavodlarına suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatçılıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.