Bəzi hərbçilər inzibati məsuliyyətdən azad olunacaq
20 noyabr 2014 16:26 (UTC +04:00)

Bəzi hərbçilər inzibati məsuliyyətdən azad olunacaq

Azərbaycanda müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular (əsgərlər) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları ictimai işlər və inzibati cərimələr məsuliyyətlərindən azad olunurlar.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 15.3 və 28-1.-ci maddələrinə əlavə və dəyişikliklər təklif edilir.

 

15.3-cü maddəyə təklif edilən əlavə və dəyişikliyə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ictimai işlər və inzibati cərimələr tətbiq olunmayacaq. Maddə 28.1-ə də eyni məzmunlu dəyişiklik edilir.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1323
avatar

Oxşar yazılar