Beyləqan və Füzulilərin də işi “Asan”laşır
26 noyabr 2013 16:33 (UTC +04:00)

Beyləqan və Füzulilərin də işi “Asan”laşır

25 noyabr – 4 dekabr tarixində Beyləqan və Füzuli rayonlarının ümumi sayı 210000-dən çox olan sakini  Səyyar “ASAN  xidmət”dən  Beyləqan şəhərində yararlana biləcəklər. Lent. az-ın məlumatına görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

İndiyədək Səyyar “ASAN xidmət” çərçivəsində 19 məntəqədə 35  rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə Səyyar “ASAN Xidmət” in göstərilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474
avatar

Oxşar yazılar