Bəhramtəpə-Biləsuvar yolu yenidən qurulur
27 mart 2014 10:55 (UTC +04:00)

Bəhramtəpə-Biləsuvar yolu yenidən qurulur

Bəhramtəpə-Biləsuvar yolunun yenidən qurulması planlaşdırılır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, Hacıqabul-Bəhramtəpə yolunun 115-ci kilometrliyindən Biləsuvar şəhərinədək uzanacaq yolun ümumi uzunluğu 62 kilometrə bərabərdir. 3-cü texniki dərəcəli yola asfalt-beton örtüyü vurulacaq.

 

Yolun yenidən qurulması layihəsi xarici investisiya əsasında baş tutacaq. Aidiyyatı sənədləşmələr və layihənin texniki prosedurları başa çatandan sonra Bəhramtəpə-Biləsuvar yolunun yenidən qurulması layihəsinə start veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878

Oxşar yazılar