Azərbaycanda iyunun 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava günəşli olacaq,
səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək.
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 31-35 dərəcə isti olacaq.
Bakıda gecə 23-25 dərəcə, gündüz 33-35 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək.
Lakin axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə isti təşkil edəcək.
ETSN Abşeron çimərliklərində gözlənilən hava şəraitini də açıqlayıb.
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)
mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx)
mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.