Baytarlıq Xidməti: Ermənistan təhlükədir
13 mart 2014 14:39 (UTC +04:00)

Baytarlıq Xidməti: Ermənistan təhlükədir

 "Ermənistan regionda epidemioloji vəziyyətin stabilliyinin bərqərar olmasına təhlükə yaradır".


 

APA-nın məlumatına görə, bunu Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova deyib.

 

O bildirib ki, Ermənistan Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisindən ayırır: "Respublikanın cənub-qərb istiqamətində ərazisinin təqribən 20%-i Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Bu da sərhəd xəttinin uzanmasına və sərhəd ətrafında ərazilərin nəzarətsiz qalmasına səbəb olur".

 

Xidmət rəisi onu da əlavə edib ki, kənd təsərrüfatı məhsullarının baytarlıq-sanitariya ekspertizası ilə 111 baytarlıq ekspertiza laboratoriyası məşğul olur: "Dövlət sərhədində Baytarlıq Xidməti beynəlxalq qanunvericiliyə, baytarlıq nəzarətində olan yüklərin idxal və ixrac qaydalarına əməl olunmaqla həyata keçirilir və qonşu dövlətlərdə mövcud olan epizootik vəziyyətdən asılı olaraq koordinasiya olunur".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar