Bayramqabağı hava -PROQNOZU
22 dekabr 2013 20:30 (UTC +04:00)

Bayramqabağı hava -PROQNOZU

Yaxın üç gün ərzində Bakıda və Abşeron yarmadasında hava şəraitinin  dəyişkən buludlu olacağı əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

 

APA TV-nin xəbərinə görə, mülayim cənub qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-4 dərəcə, gündüz  7-10 dərəcə isti olacağı gözlənilir: "Rayonlardada əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər saatlarında bəzi yerlərdə duman gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə saatlarında 0-5 dərəcə şaxta gündüz saatlarında 6-10 dərəcə isti dağlıq rayonlarda isə gecə 7-12 dərəcə şaxta gündüz saatlarında isə 1-6 dərəcə isti gözlənilir".

 

Yaxın üç gün ərzində metroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olcaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3584
avatar

Oxşar yazılar