Bayram öncəsinin hava proqnozu açıqlandı
17 mart 2015 12:15 (UTC +04:00)

Bayram öncəsinin hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında martın 18-də gecə və səhər bəzi yerlərdə yağış yağacaq. Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Lent.az-a bildirib ki, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.

 

Martın 18-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-4, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3 dərəcə isti olacağı gözlənilir.Martın 18-dən rayonlarda yağıntı tədricən kəsiləcək, martın 19-da əsasən yağmursuz hava şəraiti gözlənilir. Ayın 18 və 19-da temperatur bir qədər yüksələcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171

Oxşar yazılar