Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yeni ilin ilk gününün hava proqnozunu açıqlayıb. Qurumdan Lent.az-a verilən məlumata görə, yanvarın 1-də səhər hava şəraitinin buludlu olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 10-15, arabir 17 m/s təşkil edəcək. Havanın temperaturunun 3 dərəcəyədək isti olacağı gözlənilir.
Gündüz buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 10-15, arabir 18-20 m/s təşkil edəcək. Havanın temperaturunun 5 dərəcəyədək isti olacağı gözlənilir.
Axşam buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 10-15, arabir 18 m/s təşkil edəcək. Havanın temperaturunun 2 dərəcəyədək isti olacağı gözlənilir.
***
13.07
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü ölkə ərazisində müşahidə olunacaq hava şəraitini açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman, ayrı-ayrı rayonlarda çiskin olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Naxçıvanda gecə 15-20 dərəcə şaxta, bəzi yerlədə 23 dərəcə şaxta, gündüz 8-13 dərəcə şaxta gözlənilir.