Baş nazir müəllimlərin dərs yükü ilə bağlı QƏRAR verdi
08 yanvar 2014 11:23 (UTC +04:00)

Baş nazir müəllimlərin dərs yükü ilə bağlı QƏRAR verdi

Baş nazir Artur Rasizadə “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli qərarında dəyişiklik edilməsi barədə qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib. Qərara əsasən, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin dərs yükü 3 stavkanı aşmayacaq. Qeyd edək ki, bundan öncəki qərara əsasən, bu hədd 2 stavka müəyyən edilmişdi.

Onu da xatırladaq ki, Nazirlər Kabinetinin 2010-ci ildə imzalanmış qərarına əsasən, məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçilərin həftəlik iş vaxtı - 30 saat, ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə təhsili məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı - 24 saat, ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü - 500 saatdan az olmamaqla müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2729

Oxşar yazılar