Baş nazir: “Ordumuzun döyüş qabiliyyəti gündən-günə artır”
17 mart 2015 12:48 (UTC +04:00)

Baş nazir: “Ordumuzun döyüş qabiliyyəti gündən-günə artır”

 

 “Təəssüflər olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar ötən il də heç bir nəticə verməyib. Ermənistanın tutduğu mövqe mövcud status-kvonun saxlanmasına, məsələnin həllinin qeyri-müəyyən müddətə uzanmasına səbəb olur”.


 

APA-nın məlumatına görə, bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü il üzrə fəaliyyəti barədə hesabat verən baş nazir Artur Rasizadə deyib. O bildirib ki, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu nəzərə alaraq ordu quruculuğunun daim təkmilləşdirilməsini və ordunun ən müasir silah-sursatla təmin edilməsini, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını gündəlik nəzarətində saxlayır: “Son zamanlar hərbçilərimizin işğalçı erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdikləri təxribatlara verdiyi tutarlı cavablar Azərbaycan ordusunun döyüş qabiliyyətinin gündən-günə artdığının əyani sübutudur”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar