Azərbaycanlı şagirdlərin xaricdə növbəti uğuru
25 iyun 2019 12:05 (UTC +04:00)

Azərbaycanlı şagirdlərin xaricdə növbəti uğuru

Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edən məktəblilər növbəti uğura imza atıblar.

Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, nazirliyin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Toğrul Abbasov və Bakı şəhəri 220 nömrəli məktəb-liseyin IX sinif şagirdi Yusif Qasımov  gümüş medala layiq görülüblər.

Bakı şəhəri 313 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fərid Əlizadə, nazirliyin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Amin Cəfərzadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin VIII sinif şagirdi Elçin Musazadə və nazirliyin tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin IX sinif şagirdi Aysun Bayramlı isə bürünc medal qazanıb.

Beləliklə, şagirdlərimiz Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadasından 2 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 6 medal əldə ediblər.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588
avatar

Aygün İbrahimli

Oxşar yazılar