Heydər Əliyev prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar şəhər istiqamətindəki bağlanmış kənar yol açılıb. Bu barədə Lent.az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, yolun hərəkət hissəsinin üfqi nişanlanması işlərinin aparılması ilə əlaqədar dünən axşam saat 22:00-dan etibarən bağlanmış Heydər Əliyev prospektində metronun "Koroğlu" stansiyasından şəhərin mərkəzinə doğru aparan kənar yol artıq bu gün səhər saatlarından istifadəyə verilib.
P.Mürsəliyev qeyd edib ki, aparılan işlər zamanı yol həm xüsusi texnika vasitəsilə toz və torpaqdan təmizlənib, həm də yolda xətləmə işlər aparılıb: “Tərtib olunmuş qrafikə əsasən, analoji işlərin paytaxtın bir neçə digər küçə və prospektlərində də aparılması nəzərdə tutulub”.

Bakının mərkəzi prospektinə gecə qulluğu
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06