Bakının mərkəzi küçələrində hərəkət qadağan olunacaq
16 iyul 2014 17:00 (UTC +04:00)

Bakının mərkəzi küçələrində hərəkət qadağan olunacaq

Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Lent.az-ın məlumatına görə, “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə bildirilib ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, İstiqlaliyyət, Əziz Əliyev, Azərbaycan və Füzuli küçələrində (Füzuli meydanı) nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

 

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3984

Oxşar yazılar