Bakının iki rayonunda qaz olmayacaq
29 iyun 2017 19:21 (UTC +04:00)

Bakının iki rayonunda qaz olmayacaq

Sabah Bakı şəhəri Binəqədi rayonunun qaz təchizatında məhdudiyyət olacaq.

 

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, daşıyıcı qaz xətti üzərində  qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar, iyunun 30-da saat 10:00-dan  işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılacaq.

 

Görulən işlər zamanı Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor və Biləcəri qəsəbələrinin, Motodrom ərazisinin bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Xətai rayonunun  Nobel, Xocalı  prospektləri, UPD qəsəbəsi, NZS, Aşıq Qurban, Yusif Səfərov, Mingəçevir küçələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

 

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

 

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. 

# 203
avatar

APA Baycan

Oxşar yazılar