Bakının daha iki mərkəzi yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dən etibarən, Mikayıl Müşviq küçəsində (Qurd qapısı adlanan ərazindən Nərimanov prospektinə qədər olan hissəsinə) nəqliyyat vasitələrinin hərəkəti qismən. Bundan başqa Hüseyn Cavid prospektində saat 22:00-dan hərəkət tam məhdudlaşdırılacaq.
Sürücülərə alternativ yollardan istifadə etmələri məsləhət görülür.