Bakının əsas prospektlərindən biri 3 gün bağlı olacaq
18 fevral 2014 15:37 (UTC +04:00)

Bakının əsas prospektlərindən biri 3 gün bağlı olacaq

Fevralın 19-na keçən gecə, saat 00:00-dan etibarən Bakının ən böyük və əsas prospektlərindən olan Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti birtərəfli olaraq bağlanacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, prospektin şəhərin mərkəzinə gələn istiqamətində Əliyar Əliyev küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi ilə kəsişməyədək olan hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Yolun bağlanmasına səbəb Ziya Bünyadov prospektinin yenidən qurulması layihəsi çərçivəsində ərazidəki su xətlərinin yerinin dəyişdirilməsidir. Prospektin şəhərin mərkəzinə gələn istiqaməti (Böyükşordan Ayna Sultanova heykəlinə doğru) 3 gün müddətinə bağlı olacaq.

 

Qeyd edək ki, sürücülər alternativ olaraq Əcəmi Naxçıvani küçəsindən istifadə etməklə mikrorayon istiqamətinə gələ bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3975
avatar

Nizam Rza

Oxşar yazılar