Bu gün səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi porppektlərindən olan Tibilisi prospektinin şəhərə doğru olan istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASAC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verilən məlumata görə, prospektin Şəfayət Mehdiyev küçəsi ilə kəsişmədən İzmir küçəsi ilə kəsişməyədək olan hissəsində nəqliyyatın hərəkəti birtərəfli olaraq məhdudlaşdırılıb. Səbəb isə yolun qeyd edilən hissəsində yeni asfalt örtüyünün salınmasıdır. Hazırda ərazidə işlər davam etdirilir.
Yol mümkün olan ən yaxın müddətdə sürücülərin istifadəsinə veriləcək.