Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Lent.az-ın məlumatına görə, “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə bu axşam saat 22:00-dan gecə 04:00-dək Yusif Səfərov küçəsində (hər iki istiqamətdə) nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulacağı ilə bağlı bildirilib.
Yolun bağlanmasına səbəb aparılacaq rəngləmə işləri ilə bağlıdır.