Bakının ən çirkli rayonları - <span style="color:red;">SiYAHI
06 mart 2014 11:52 (UTC +04:00)

Bakının ən çirkli rayonları - SiYAHI

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, seminarın keçirilməsində məqsəd radiasiya təhlükəsizliyinin əsasları barəsində maarifləndirmə aparmaq və institut tərəfindən ölkədə radiasiya təhlükəsizliyinin təmini sahəsində görülən işlər barədə məlumat vermək idi.

AMEA Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi Rəvan Mehdiyeva “Azərbaycan Respublikası ərazisində radioekoloji durum və problemlər” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, radiasiya sahəsində tədqiqatlar aparan institut elmi fəaliyyətində respublikanın süni və təbii radiaktiv maddələrlə əlaqədar radiasiya təhlükəsizliyi problemləri ilə yaxından məşğul olur. Abşeron yarımadasında radioaktiv çirklənmənin səviyyəsinin neftçıxarma rayonlarının yerləşdiyi kəndlərdən asılı olaraq müxtəlif cür paylandığını söyləyən R. Mehdiyeva Abşeronun neft və neft məhsulları ilə ən çox çirklənmiş torpaq sahələrinin Qaradağ, Binəqədi, Sabunçu, Suraxanı, Əzizbəyov və Səbail rayonlarının əraziləri olduğunu bildirib. Qeyd edib ki, Suraxanı rayonundakı Bakı Yod Zavodunun ərazisində yığılaraq qalaqlanmış tullantılar daş hasar vasitəsilə ətraf mühitdən təcrid olunmuş və onların zərərsizləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər həyata keçirilir. Zavodun ərazisindəki radioaktiv tullantılar ətraf mühitdən təcrid olunsa da, bu tullantıların zərərsizləşdirilməsi üçün xüsusi müəssisə fəaliyyət göstərmədiyindən mövcud vəziyyət radiasiyanın müəyyən olunmuş normativ həddən artıq olmasına gətirib çıxarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2194

Oxşar yazılar