Bakının bir neçə rayonunda su olmayacaq
13 dekabr 2013 13:23 (UTC +04:00)

Bakının bir neçə rayonunda su olmayacaq

Kür-Bakı su kəmərinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş vermiş qəza ilə əlaqədar bu gün ərzində Bakının Qaradağ, Səbail, Nəsimi, Yasamal və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Lent.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti şöbəsindən bildirilib.

 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1459

Oxşar yazılar